
"Zirə"nin ev oyunu yunanlara tapşırıldı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Zirə” və Xorvatiyanın "Hayduk” komandaları arasında təşkil olunacaq ilk görüşün hakimləri müəyyənləşib.
Sportlife.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xristos Varqetis olacaq. Ona Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 31-də Spilit şəhərində keçiriləcək.