Braziliyalı futbolçu ölkəmizə gəlmək istəmədi

  • Bu gün, 13:05

Azərbaycandan təklif alan Joze Qabriel dos Santos Silva (Ze Qabriel) gələcəyi ilə bağlı qərarını verib.

Sportlife.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçisi ölkəsində qalmağı üstün tutub.

Azərbaycanın adı açıqlanmayan klubundan təklif aldığı deyilən “Krisiuma”nın oyunçusu bu klubla yeni müqavilə bağlayacaq. Ölkəmizdən gələn təklifi rədd edən futbolçu sözləşmə müddətini uzatmaqla bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

Bu ilin aprelində Braziliyanın B Seriyası klubu ilə 3 aylıq müqavilə imzalayan “İnternasional”ın yetirməsinin çıxışı məşqçilər korpusunu məmnun etdiyi üçün onunla əməkdaşlıq davam etdiriləcək.


Paylaş: