Pioli yenidən A Seriyasında

  • Bu gün, 17:11

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportlife.az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.

59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Pioli 2017-2019-cu illərdə də "Fiorentina"ya rəhbərlik edib. Mütəxəssisin son klubu "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) olub.


Paylaş: