Millimiz Danimarkaya qalib gəldi

  • Bu gün, 12:09

Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, komandamız 9-16-cı yerlər uğrunda mübarizə aparır.

Millimizin rəqibi Danimarka olub. Basketbolçularımız 75:72 hesabı ilə qalib gələrək, növbəti oyunda mübarizə aparmaq hüququ əldə edib. Yığmamızın rəqibi Slovakiya olacaq. .

Qeyd edək ki, C qrupunu 3-cü yerdə başa vuran yığmamız yüksək yerlər uğrunda mübarizə aparmaq şansını itirib.


Paylaş: