
Rəşad Sadiqov cəzalandı
“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olunub.
Sportlife.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
R.Sadiqovun cəzalandırılmasına səbəb AFFA U-17 Liqasında keçirilən “Zirə” ilə matçın 78-ci dəqiqəsində rəqibi təhqir etməsi olub. Baş məşqçi bu hərəkətinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
AFFA U-13 Liqasında iştirak edən “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov da 5 oyunluq cəzaya məruz qoyulub. Buna məşqçinin “Nabran”la qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etməsi səbəb olub.