
"Ölüm xəbərini eşidəndə inanmadım"
Rumıniyalı tanınmış mütəxəssis Marius Şumudika faciəvi şəkildə dünyasını dəyişən keçmiş futbolçusu Aaron Bupendza barədə danışıb.
Sportlife.az xəbər verir ki, çalışdırıcı məyus olduğunu bildirib: "Mənim üçün ağır zərbə oldu. Xəbəri ilk eşidəndə inanmadım. Doğru olub-olmadığını gözlədim. Aaron mənim övladım kimi idi. Gözyaşlarımı saxlaya bilmirəm".
Qabonlu forvard "Rapid"də çıxış etdiyi zaman Şumudika ilə çalışıb.
Qeyd edək ki, Bupendza yaşadığı evin 11-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.