
Fərəcullayev, hanı təqdimat?
Konfransın gündəliyinə salınan ən önəmli məsələ AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat idi. Lakin biz təqdimat görmədik. Baş katib Cahangir Fərəcullayevin çıxışı daha çox simvolik bir kollajı xatırladırdı.
Sanki bizim il ərzində yazdığımız tənqidi qeydləri kopyalayaraq, sonuna “...malıdır”, “...məlidir” dəyişiklikləri əlavə edib, “filoloji strategiya” təqdim etdi.
Bəli, “struktur qurulmalıdır”, “sistem inkişaf etməlidir”, “uşaq futboluna diqqət artırılmalıdır” və sairə. Suallar isə bu cür ritorik sadəlövhlük qarşısında mərmər kimi sərt qalır:
Nə vaxt?
Necə?
Kimlə?
Deyəsən, AFFA artıq “nəticə” yox, “niyyət” nümayiş etdirir. Təqdimatı olmayan strategiya isə üz qabığı olmayan kitab kimidir.
Mirələm HƏSƏNLİ