
Ulduz futbolçu "Beşiktaş"ın "radar"ında
"Arsenal"ın futbolçusu Tomas Partey Türkiyədə çıxış edə bilər.
Sportlife.az xəbər verir ki, yeni mövsümə iddialı heyətlə girməyə hazırlaşan "Beşiktaş" bütün diqqətini azad agent olacaq futbolçulara yönəldib.
Yarımmüdafiədə Gedson Fernandeşin yanına yeni oyunçu transfer etmək istəyən "qara qartallar" mövsümün sonunda London klubundan ayrılacaq Parteylə maraqlanır.
"Beşiktaş" rəhbərliyi İspaniyadan da müştəriləri olan 31 yaşlı futbolçuya yüksək maaş təklif edəcək.