İngilislər 21 yaşlı ulduzu izləyir

  • 16 Aprel 2025, 14:31

Bu mövsüm əla performansı ilə diqqət çəkən Hüqo Ekitikenin bazar dəyəri sürətlə yüksəlir.

Sportlife.az xəbər verir ki, "Ayntraxt" 21 yaşlı ulduz futbolçu üçün 95-100 milyon avro arasında transfer haqqı tələb edir.

"Mançester Yunayted", "Liverpul", "Arsenal" kimi Premyer Liqa nəhəngləri gənc hücumçunu yaxından izləyir.  Hətta "Mançester Yunayted"in Ekitikeni yerində izləmək üçün Almaniyaya nümayəndələrini göndərdiyi də bildirilib.

Bu keçid baş tutarsa, Ekitike Bundesliqa tarixinin ən bahalı transferləri sırasında olacaq.


Paylaş: