
"Atalanta" 30 milyona hücumçu alır
"Atalanta" "Torino"nun yarımmüdafiəçisi Samuele Riççini transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, "Milan" daha əvvəl 23 yaşlı italiyalını almaq istəsə də, Massimiliano Allerqinin təyinatından sonra Riççi ilə bağlı mövqe dəyişib. “Torino”nun sabiq baş məşqçisi İvan Dyuriçin rəhbərlik etdiyi “Atalanta” isə yarımmüdafiəçiyə təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, “Torino” Riççinin transferi üçün 30 milyon avro tələb edir.