
Qurban Qurbanovdan çağırış
"Mən də Bakıda keçiriləcək UFC turnirində olacağam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram".
Sportlife.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn UFC turniri ilə bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis Bakıda keçiriləcək döyüş gecəsi ilə bağlı fikirlərini bölüşüb və azarkeşləri azərbaycanlı idmançıları dəstəkləməyə səsləyib.
Q.Qurbanov döyüş həvəskarlarını iyunun 21-də təşkil olunacaq turnirə dəvət edib: “Hər kəsi azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacağam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Bakı Kristal Zalında Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.