"İndi "Barselona" Madriddə qalib gəlməyə qadirdir"

  • Bu gün, 11:50

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının III turunda "Olimpiakos" üzərində 6:1 hesablı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu qalibiyyətin növbəti matçlar üçün stimul olacağını bildirib:

"Mən həmişə müsbət düşünürəm. İndi "Barselona" Madriddə qalib gəlməyə qadirdir. Ola bilsin ki, həftəsonuna kimi bir neçə futbolçu yenidən heyətə qayıdacaq. Bu, "Olimpiakos"a qarşı vacib qələbə idi, bizdə inam yaradacaq. Rəqib yüksək təzyiq göstərsə də, Ferminin ilk qolu komandamıza kömək etdi. Reşford bu gün yaxşı oynadı. Qol şansları yaratdı və penalti qazandı".

Qeyd edək ki, "Barselona" 6 xalla turnir cədvəlində 9-cu yerdədir. Kataloniya klubu oktyabrın 26-da İspaniya çempionatının 10-cu turu çərçivəsində səfərdə "Real"la qarşılaşacaq.


Paylaş: