
İnəklə toqquşan futbolçu öldü
Braziliyada gənc futbolçu qeyri-adi qəza nəticəsində ölüb.
Sportlife.az xəbər verir ki, "Piaui" klubunun üzvü Antoni İlano yol qəzasında dünyasını dəyişib.
20 yaşlı futbolçu motosikleti ilə atasının ad günündən evə qayıdarkən qəflətən yola çıxan inəklə toqquşub və hadisə yerində can verib.
Qəzanın detalları ilə bağlı araşdırma davam edir.