
Alonso Mbappeni təriflədi
"Real"ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının "Yuventus"la oyunu öncəsi hücumçu Kilian Mbappenin komanda üçün əhəmiyyətindən danışıb.
Sportlife.az xəbər verir ki, o, fransalı ulduzun komanda üçün çox önəmli oyunçu olduğunu bildirib:
"Komanda yoldaşları həm topla, həm də topsuz olanda onu izləyir. Kilian hər zaman qolçu kimi komandamızın lideri olacaq, lakin indi onun təsiri daha da böyükdür. O, çox ağıllı futbolçudur".
Qeyd edək ki, "Real" - "Yuventus" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00 da keçiriləcək.