Ukraynalı futbolçu "tarixə düşdü"

  • Bu gün, 14:32

PSJ-nin mərkəz müdafiəçisi İlya Zabarnı Çempionlar Liqasında tarixi antirekordu təkrarlayıb.

Sportlife.az xəbər verir ki, ukraynalı futbolçu "Bayer"ə 7:2 hesabı ilə qalib gəldikləri III tur matçında 2 dəfə kobudluq edib və hər iki halda komandasının qapısına penalti təyin olunub.

24-cü dəqiqədə ilk foldan sonra sarı, 37-ci dəqiqədə ikinci qayda pozuntusundan sonra isə qırmızı vərəqə alıb. Beləliklə, Zabarnı Çempionlar Liqası tarixində qırmızı vərəqə alan və iki penaltiyə səbəb olan üçüncü oyunçu olub.

Zabarnı ötən yay "Bornmut"dan PSJ-yə keçib.


Paylaş: