
Abramoviçlə bağlı xəbər feyk çıxdı
Rusiyalı iş adamı Roman Abramoviçin nümayəndəsi onun “Qalatasaray” klubunu almaq niyyətində olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sportlife.az xəbər verir ki, məlumatın həqiqətə uyğun olmadığını və Abramoviçin heç bir futbol klubu almaq və ya sərmayə qoymaq fikrində olmadığı bildirilib.
Qeyd edək ki, Türkiyə mətbuatı bundan əvvəl rusiyalı iş adamının türk nəhənglərinin səhmlərini almağı planlaşdırdığını yazmışdı.