"Qarabağ" "Atletik"ə uduzdu

  • Bu gün, 16:09

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl 3-cü oyunda məğlub olub.

Sportlife.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın qapıçısı Teymur Həsənov oyun ərzində 2 penaltini dəf edib.

Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.


Paylaş: