
"Bavariya" Olisenin çıxışından razıdır
"Bavariya" cinah yarımmüdafiəçisi Maykl Olise ilə müqaviləni uzatmaqda maraqlıdır.
Sportlife.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi 23 yaşlı futbolçunun çıxışından məmnundur.
Olise 2024-cü ildə "Bavariya"ya qoşulduqdan sonra 66 matçda 26 qol vurub və 29 məhsuldar ötürmə edib.
Tərəflər arasında hazırkı müqavilə 2029-cu ilə qədərdir.