Flikin cəzası ləğv edilmədi

  • Bu gün, 15:31

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin cəzası ləğv edilməyib.

Sportlife.az xəbər verir ki, alman məşqçi La Liqanın 10-cu turunun "Real"la oyununu buraxacaq.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam komitəsi La Liqanın 9-cu turunun "Jirona” ilə qarşılaşmasında (2:1) qırmızı vərəqə alan Fliklə bağlı apellyasiya şikayətini rədd edib.

Madrid klubu hazırda turnir cədvəlində "Barselona"nı iki xal qabaqlayaraq birinci yerdədir.


Paylaş: