
"Zirə"də sürpriz ayrılıq
“Zirə” futbolçusu Vensan Tillə yollarını ayırıb.
Sportlife.az xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçi ilə imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, V. Till bu mövsümün əvvəlində “Sabah”dan ayrıldıqdan sonra “Zirə”yə keçmişdi.