Tonali təklifi qəbul etdi

  • Bu gün, 16:51

İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali mərc oyunları ilə bağlı qalmaqal zamanı onu dəstəkləyən "Nyukasl" rəhbərliyinə minnətdarlıq əlaməti olaraq klubla müqaviləni uzatmağa razılaşıb.

Sportlife.az xəbər verir ki, yeni anlaşmaya əsasən, futbolçu 2030-cu ilə kimi Premyer Liqa klubunun formasını geyinəcək.

Qeyd edək ki, Tonali 2023-cü ilin oktyabrında "Milan"dan 59 milyon avroya "Nyukasl"a keçib.


Paylaş: