
Messidən yeni nailiyyət
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-də oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, ulduz futbolçu karyerasında beşinci dəfə bu mükafata layiq görülüb. Bu isə yeni liqa rekordudur (iki mövsümdə beş mükafat).
Messi eyni zamanda MLS tarixində Karlos Vela (2019) və Kris Vondolovskidən (2012) sonra bir mövsümdə bu mükafatı 3 dəfə qazanan üçüncü oyunçu olub.
Oktyabrda argentinalı cəmi 3 matçda 10 qolun vurulmasında birbaşa iştirak edib - (5 qol, 5 məhsuldar ötürmə.