
Sarabiya Qətərə üz tutdu
"Vulverhempton"un hücumçusu Pablo Sarabiya karyerasını Qətərdə davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 33 yaşlı forvard "Əl-Ərəbi" ilə 2 illik müqavilə imzalayıb. O, yeni komandasına azad agent kimi qoşulacaq.
Qeyd edək ki, 2024/25 mövsümündə Sarabiya bütün turnirlərdə 28 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.