"Sportinq"də Dyökereş qalmaqalı

  • Bu gün, 14:55

Viktor Dyökereş, onun agenti və "Sportinq" nümayəndələri futbolçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilmirlər.

Sportlife.az xəbər verir ki, klub nümayəndələri vəziyyəti dəyişməyə çalışsa da, 27 yaşlı isveçli və agenti güzəştə getməyib.

“Sportinq”in prezidenti Frederiko Varandas transfer üçün 80 milyon avro istəyir. Buna səbəb isə futbolçu ilə bir çox Avropa klubunun maraqlanmasıdır. Belə olan halda Dyökereş və Varandas arasında münaqişə yaranıb. 

Qeyd edək ki,"Yuventus" futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır, lakin Portuqaliya klubu daxilindəki anlaşılmazlıq səbəbindən transferin baş tutmamaq ehtimalı var.


Paylaş: