
"Sabah"dan getdi, ən yaxşı seçildi
"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında azarkeşlərin səsverməsinə əsasən 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Sportlife.az xəbər verir ki, bu barədə Premyer Liqanın (RPL) mətbuat xidməti məlumat yayıb.
RPL-in saytında keçirilən səsvermədə M.Musayev bütün rəqiblərini üstələyib.
İkinci və üçüncü yerləri müvafiq olaraq Moskva ÇSKA-sından Marko Nikoliç və "Akron"dan Zaurbek Tedeyev tutublar.
Qeyd edək ki, "Krasnodar" M.Musayevin rəhbərliyi altında 2024/2025 mövsümünün qalibi olub. Komanda tarixində ilk dəfə Rusiya çempionu adını qazanıb.