Məşhur futbolçu həbs oluna bilər

  • Bu gün, 15:09

Dimitri Payet "Vasko da Qama"dan ayrılsa da, Braziliyanı tərk etməyib.

Sportlife.az xəbər verir ki, 38 yaşlı futbolçu ilə bağlı cinsi təcavüz işi bağlanıb, lakin müdafiə tərəfinin müraciətindən sonra prokuror bu qərarını ləğv edib.

Rio-de-Janeyro əyalət prokurorluğu Payeti vəkil Larissa Ferrariyə qarşı psixoloji zorakılıqda ittiham edib. İttiham tərəfi Payetin məhkum edilməsini və Larissaya dəymiş mənəvi zərər və tibbi xərclərin ödənilməsini istəyir.

Qeyd edək ki, 28 yaşlı qız futbolçunun onu mütəmadi olaraq döydüyünü və tapdaladığını bildirib.


Paylaş: