
Azarkeşlər meydançaya bomba atdılar
"Salernitana" və "Sampdoriya" komandaları arasında B Seriyasında qalmaq uğrunda cavab oyunu meydan sahiblərinin azarkeşlərinin davranışı səbəbindən yarımçıq qalıb.
Sportlife.az xəbər verir ki, fanatlar meydançaya tüstü bombaları və oturacaqları atıblar.
İğtişaşlar "Sampdoriya" hesabı 2:0 (ümumi 4:0) etdikdən sonra başlayıb. Futbolçular 65-ci dəqiqədə meydanı tərk etməli olublar. 10 dəqiqə sonra hakim oyunu davam etdirmək istəsə də, ona kənar əşyalar atılmağa başlanıb və beləliklə qarşılaşma yarımçıq dayandırılıb.
Qeyd edək ki, "Salernitana" texniki məğlubiyyət alacağı təqdirdə C Seriyasına düşəcək.