
Sabiq "Qarabağ"lıya Çindən təklif
Əlcəzair millisinin futbolçusu Yassin Benzia “Qarabağ”dan ayrıldıqdan sonra Çin klubundan təklif alıb.
Sportlife.az xəbər verir ki, hazırda azad agent olan 31 yaşlı yarımmüdafiəçi çempionatın sonuncu pilləsində qərarlaşan “Çanqçun Yatayi”nin transfer hədəfinə çevrilib.
Çin mediası bildirib ki, klub rəhbərliyi Benzianın keçidini tezliklə reallaşdırmaqda maraqlıdır. Çünki komanda hazırda çempionatda ağır vəziyyətdədir və əlcəzairli futbolçunu yaxşı maliyyə təklifi ilə razı salmağa çalışır.
Qeyd edək ki, Yassin Benzia 2023 - 2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. Ağdam klubu ilə iki dəfə Azərbaycan çempionu olub, bir dəfə isə ölkə kubokunu qazanıb.