
"Bavariya" da mübarizəyə qoşuldu
"Borussiya"nın futbolçusu Ceymi Gittens karyerasını başqa klubda davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 20 yaşlı vingerlə "Bavariya" da maraqlanır. Münhen klubu futbolçu üçün 64 milyon avro təklif etməyə hazırdır. Cinah oyunçusu "Çelsi"nin də gündəmindədir.
Qeyd edək ki, Gittens ötən mövsüm klub səviyyəsində 49 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Dortmund təmsilçisi ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.