"Marsel" "Milan"ın futbolçusunu istəmədi

  • 23 İyun 2025, 15:07

"Milan"dan icarəyə götürülən "Marsel"in yarımmüdafiəçisi İsmael Bennaser İtaliya klubuna qayıdacaq.

Sportlife.az xəbər verir ki, Fransa klubu 27 yaşlı əlcəzairlini 15 milyon avroya almaq variantını aktivləşdirməyib.

Ötən mövsüm Bennaser "Marsel"in heyətində 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.


Paylaş: