
"Bavariya"dan Uilyams üçün növbəti təklif
"Bavariya" hələ də "Atletik"in hücumçusu Niko Uilyamsı transfer etməyə çalışır.
Sportlife.az xəbər verir ki, Münhen təmsilçisi Bilbao klubuna yeni transfer təklifi göndərib.
"Bavariya" ümid edir ki, Uilyamsın xidmətində maraqlı olan "Barselona" bu keçidi tamamlaya bilməyəcək.
Futbolçunun özü isə "Bavariya"da oynamaqda elə də maraqlı deyil. Onun əsas istəyi "Barselona"da çıxış etməkdir.