Bellingem əməliyyat olunacaq

  • Bu gün, 13:53

"Real"ın yarımmüdafiəçisi Cud Bellingem klublararası dünya çempionatından sonra çiynindən əməliyyat olunacaq.

Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu ağrının o qədər də dözülməz olmadığını, lakin qoruyucu ilə oynamaqdan bezdiyini bildirib.

Tərləmə səbəbindən çox arıqlayıram, ona görə də turnirdən sonra əməliyyat olunmaq qərarına gəldim.

Qeyd edək ki, Bellingem klublararası dünya çempionatının qrup mərhələsinin “Paçuka” ilə qarşılaşmasında (3:1) ən yaxşı oyunçu seçilib. O, bu görüşdə ispanların ilk qolunu vurub


Paylaş: