Badri Kvaratsxeliya oğlunu görmək istədiyi Avropa klubunu açıqladı

Badri Kvaratsxeliya oğlunu görmək istədiyi Avropa klubunu açıqladı

  • 17 Noyabr 2020, 11:17

Milli komandamızın sabiq futbolçusu Badri Kvaratsxeliya hazırda "Rubin"də çıxış edən oğlu Xviça Kvaratsxeliya barədə danışıb.

O, Rusiya mətbuatına müsahibəsində oğlunu görmək istədiyi Avropa klubunun adını açıqlayıb:

"Xəyalım əlbəttə ki, "Barselona"dı, çünki özüm də bu komandaya azarkeşlik edirəm. Ancaq Xviça da daxil olmaqla bütün oğlanlarım "Real" azarkeşləridi.

Ümumiyyətlə mənim üçün əsas odur ki, Xviça yaxşı futbol oynasın. Özünü Avropada sınaması yaxşı olardı. Elə komanda seçməlidir ki, orada oyanaya bilsin. Ortabab bir Avropa klubuna getsə, sevinərəm. 

İndi onun Rusiyada yaxşı oynaması sevindiricidi. "Rubin" adlı-sanlı və güclü komandadır". 


Paylaş: