
"Bavariya" hərəkətə keçdi
"Bavariya" "Marsel" in futbolçusu Luis Enrike ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, Münhen klubu artıq 23 yaşlı braziliyalının komandası ilə ilkin danışıqlara başlayıb. Onun hücumun hər iki cinahında oynaya bilməsi Almaniya nəhənginin diqqətini cəlb edib.
Enrikenin Fransa təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.