
"Bavariya"da 2-ci "Sane qorxusu"
"Mançester Yunayted" "Bavariya"nın müdafiəçisi Dayot Upamekano ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, 26 yaşlı fransalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
"Bavariya" müqavilənin uzadılması ilə bağlı fəal danışıqlar aparır, lakin proses son dərəcə ləng gedir və bu, rəhbərliyin narazılığına səbəb olur. Klub azad agent kimi “Qalatasaray”a gedən Leroy Sane ilə bağlı vəziyyətin təkrarlanacağından ehtiyat edir.
Danışıqlardakı çətinliklər “Mançester Yunayted”in marağını daha da artırır. Bundan əlavə, futbolçunun agenti Mussa Sissoko artıq Upamekanonu İngiltərə Premyer Liqasının bir neçə klubu, o cümlədən “Mançester Yunayted”ə təklif edib.