
"Bayer"də niderlandlı futbolçu
"Bayer" "AZ Alkmaar" klubundan Ernest Pokunu transfer edib.
Sportlife.az xəbər verir ki, 21 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Mətbuatın yazdığına görə, transfer məbləği 10 milyon avro olub.
Poku "AZ Alkmaar"ın heyətində 79 oyun keçirib, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.