
Bellinqemin kiçik qardaşı "Borussiya"da
"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqem Dortmund "Borussiya"sına keçməyə razılaşıb.
Sportlife.az xəbər verir ki, gözlənilən transfer qiyməti təxminən 30 milyon avrodur.
19 yaşlı oyunçu "Real" və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin kiçik qardaşıdır. O, 2024/25 mövsümündə klub səviyyəsində 43 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb, "Sanderlend"in Premyer Liqaya yüksəlməsinə kömək edib.