Berluskoni ailəsi "Monza"nı satdı

  • Dünən, 12:05

Berluskoni ailəsi "Monza" klubunu Amerikanın Beckett Layne Ventures fonduna satıb.

Sportlife.az xəbər verir ki, anlaşmaya əsasən, bu ilin yayına qədər səhmlərin 80%-i, 2026-cı ilin iyun ayına kimi isə qalan 20%-i təhvil verilməlidir. Müqavilənin dəyəri təxminən 30 milyon avrodur.

Qeyd edək ki, "Monza" ötən mövsümün sonunda A Seriyasında sonuncu yeri tutaraq B Seriyasına düşüb.


Paylaş: