"Beşiktaş"ın prezidenti istefa verib

  • 29 Noyabr 2024, 16:56

"Beşiktaş"ın prezidenti Hasan Arat vəzifəsini tərk etdiyini açıqlayıb.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı funksioner sağlamlıq problemlərinə görə bu qərarı almalı olub. O, ötən ilin dekabrından İstanbul klubunu idarə edirdi.

"Beşiktaş"da növbəti seçkilər gələn ilin mayında olacaq. O günə qədər klubu vitse-prezident Hüseyin Yücel idarə edəcək.

 

 


Paylaş: