
Beyl klub sahibi olmaq istəyir
"Real" və Uels millisinin sabiq hücumçusu Qaret Beyl hələ də "Kardiff"i almaqda maraqlı olduğunu təsdiqləyib.
Sportlife.az xəbər verir ki, o, Uels klubunu Premyer Liqaya qaytarmağı xəyal edir.
"Bu, mənim məqsədlərimdən biridir, həqiqətən nail olmaq və "Kardiff" azarkeşlərinə vermək istədiyim bir şeydir. Mən Uelsdənəm və fanatların öz klublarını necə həvəslə dəstəklədiyini bilirəm... İstənilən komandanın arzusu Premyer Liqaya yüksəlməkdir. Əlbəttə, bu, çox çətin işdir, amma mən mütləq cəhd etmək istərdim".
Daha əvvəl Beylin "Kardiff" üçün 40 milyon funt-sterlinq dəyərində təklifi qəbul edilməyib.