De Rossidən Dibalaya tərif

  • 3 Mart 2024, 23:28

"Roma"nın baş məşqçisi Daniele de Rossi yarımmüdafiəçi Paulo Dibalanı komandadan fərqləndirir.

Sportlife.az xəbər verir ki, o, klubun argentinalının oyunundan çox razı qaldığını qeyd edib.

“Dibala işləməyi sevir və məşq edə bilməyəndə komanda yoldaşlarını dəstəkləməyə gəlir. Aydındır ki, nəhayət, yaxşı fiziki formada olmaqdan əlavə, o, tamamilə fərqli səviyyədə istedad nümayiş etdirir. Biz onun başqa səviyyədə olduğunu inkar edə bilmərik”, - deyə "Football Italia" de Rossidən sitat gətirib.

Bu mövsüm 30 yaşlı Dibala A Seriyasında 19 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: