
Diuf Premyer Liqa yolunda
"Vest Hem" klubu "Slaviya"nın müdafiəçisi El-Haci Malik Diufla maraqlanır.
Sportlife.az xəbər verir ki, ingilis klubu 20 yaşlı seneqallı üçün təxminən 20 milyon avro ödəməyə hazırdır. Lakin "Slaviya" bu məbləği az hesab edir.
Qeyd edək ki, ötən mövsüm Diuf bütün turnirlərdə 41 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.