
Dünya çempionundan oğluna hörmətsizlik
Karyerasını başa vuran Mats Hummels avqustun 10-da "Siqnal İduna Park" stadionunda Dortmund "Borussiya"sı ilə vida matçını keçirib.
Sportlife.az xəbər verir ki, almaniyalı veteran futbolçu "Yuventus"la yoldaşlıq oyununda (1:2) start heyətində kapitan kimi meydana çıxıb. O, 18-ci dəqiqədə azarkeşlərin və keçmiş komanda yoldaşlarının alqışları altında əvəzlənib.
Oyunda dünya çempionunun keçmiş həyat yoldaşı Keti və oğlu Lüdviq iştirak etməyib. Keçmiş həyat yoldaşının sözlərinə görə, Hummelsin 7 yaşlı oğlu atasının vida matçı keçirdiyini qəzetdən öyrənib.