Felipe Melo: "Dani Alveş etdiklərinin əvəzini ödəməli olacaq"

  • 28 Mart 2024, 11:28

Felipe Melo hesab edir ki, Dani Alveş etdiklərinə görə cavab verməlidir.

Sportlife.az "O Jogo"ya istinadla xəbər verir ki, məhkəmə zorlamaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilən “Barselona”nın keçmiş müdafiəçisinin bir milyon avro girov müqabilində azadlığa buraxılmasına qərar verib.

“İnanıram ki, insanlara hörmət etmək, qadınlara hörmət etmək, kişilərə hörmət etmək lazımdır. Bu halda insan kimi davranmaq lazımdır. Mən və Dani Alveş Braziliya millisində bir yerdə böyümüşük, dünya çempionatında birlikdə oynamışıq. Sonra belə xəbərlər çıxdı. O, etdiklərinin əvəzini ödəməli olacaq. Əgər mühakimə olunsanız, etdiyiniz əməlin əvəzini ödəməli olacaqsınız. Qoy bu, başqalarına dərs olsun ki, bunu etməsinlər. Bu, çox ciddi bir vəziyyətdir. Bu qızın və onun valideynlərinin hisslərini təsəvvür edin. Bunun baş verməməsi üçün oğullarımızı, qızlarımızı yaxşı böyütməyə borcluyuq” - Braziliya millisinin sabiq futbolçusu Felipe Melo deyib.


Paylaş: