"Gələcəyi böyük olan rəqibə qarşı oynadım"

  • 26 Aprel 2024, 18:16

İspaniyalı tennisçi Rafael Nadal Madriddəki turnirin startında qazandığı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, “Masters”in ilk turunda “Böyük dəbilqə”nin 22 qat qalibi 16 yaşlı amerikalı Darvin Blanşa 6:1, 6:0 hesabı ilə qalib gəlib.

“Düşünürəm ki, böyük gələcəyi olan, lakin yenə də səhv edən rəqibə qarşı oynadım. Sadəcə, çox risk etmədən matç boyu sərt olmağa çalışdım. Yaxşı işlədi. Davam etdiyim üçün şadam və ona ən yaxşısını arzulayıram”, - ATP Nadalın sözlərindən sitat gətirib.

Növbəti mərhələdə Nadal Barselonada keçirilən turnirdə uduzduğu avstraliyalı Aleks de Minaurla qarşılaşacaq. Onların arasında görüş aprelin 27-də baş tutacaq.


Paylaş: