Premyer Liqada mövsümün ən erkən qolu

  • 6 May 2024, 18:54

RPL-in 27-ci turunda keçirilən "Ural"-"Baltika" oyununda mövsümün ən erkən qolu vurulub.

Sportlife.az Championat.com-a istinadla xəbər verir ki, matçın 16-cı saniyəsində hesabı açan "Baltika"nın futbolçusu Vitaliy Lisakoviç 2023/2024 mövsmünün ən erkən qoluna imza atıb.

Bu,  2022-ci ilin oktaybr ayında "Krasnodar"ın futbolçusu Olesequnun 8-ci saniyədə vurduğu qoldan sonra ən erkən qoldur.

Qeyd edək  ki, sözügedən oyun 2-1 hesabı ilə "Ural"ın qələbəsi ilə yekunlaşıb.


Paylaş: