Xavi qalmaqalı böyüyür

  • 6 May 2024, 19:53

Xavinin "Barselona"dakı taleyi yenidən sual altına düşə bilər.

Sportlife.az AS nəşrinə istinadla xəbər verir ki, Kataloniya klubu mövsümü ikinci yerdə başa vurmayacaqları təqdirdə baş məşqçini istefaya göndərəcək.  

Yarış cədvəlində üçüncü yer "Barsa" üçün fiasko sayılacaq.

Bu halda Superkubok turnirindən kənarda qalacaq klub gəlirdən məhrum olacaq.

Qeyd edək ki, 34 oyundan 73 xal toplayan "Barselona" turnir cədvəlinin 3-cü pilləsindədir. 


Paylaş: