İngiltərə nəhəngində 10 itki

  • 6 May 2024, 19:26

İngiltərə Premyer Liqasının 36-cı turunun bağlanış oyununda "Kristal Palas" "Mançester Yunayted"i qəbul edəcək.

Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" bu oyunda 10 futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar zədə səbəbindən oyunu buraxacaq Lindelöf, Maquair, Malasiya, Martinez, Luk Şou, Varan, Bruno Fernandez, Raşford, Mak Tominey və Coni Evansdır.

"Selhurs Park"da baş  tutacaq matçın start fiti bugün 23:00-da səslənəcək.

Qeyd edək ki, Avrokuboklara qatılmaq istəyən "Mançester Yunayted" 54 xalla 8-ci sıradadır. Liqada iddiası qalmayan 14-cü sıradakı "Kristal Palas"ın 40 xalı var.


Paylaş: