Lopeteqi karyerasına İngiltərədə davam edəcək

  • 6 May 2024, 21:11

Xulen Lopeteqi karyerasını İngiltərədə davam etdirəcək.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Vest Hem"i çalışdıracaq.

Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, tərəflər artıq razılığa gəliblər.

Xırda detallar həllini tapdıqdan sonra Lopeteqi ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, komandanın çıxışından narazı qalan klub rəhbərliyi Devid Moyeslə yolları ayırmaq qərarına gəlib.


Paylaş: