Pol Poqba filmə çəkiləcək

  • 6 May 2024, 22:35

4 il müddətinə futboldan kənarlaşdırılan Pol Poqba film sahəsinə addım atıb.

Sportlife.az Sovsport.ru-ya istinadla xəbər verir ki, yarımmüdafiəçi Pol Poqba rejisor Fabien Ontinyentin "4 Sıfır" yeni filminin çəkilişlərində iştirak edib. Film 2025-ci ilin aprelində ekranlara çıxacaq və "3 Sıfır" filminin davamı olacaq.

Xatırladaq ki, Poqba 2023-cü ilin mart ayında dopinq istifadəsinə görə 4 il müddətinə futboldan kənarlaşdırılmışdı.

Futbolçunun orqanizmində yüksək miqdarda testesteron aşkar olunmuşdu.


Paylaş: